Tramp: "Mən Putini sevmirəm"

Tramp:
  • DÜNYA

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp seçiləcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə münasibətlərinin necə formalaşacağını bilmədiyini bəyan edib.

Aktual.az  azvision.az-a istinadən bildirir ki, bu barədə o, Nevada ştatında çıxışı zamanı deyib. 

"Burada deyirlər ki, mən Putini sevirəm. Mən Putini sevmirəm, lakin ona nifrət də etmirəm. Gəlin nəyin baş verəcəyini gözləyək", - deyə Tramp vurğulayıb. 

Onun sözlərinə görə, Putinlə münasibətlərin necə formalaşacağını təxmin etmək çətindir: "Ola bilsin ki, bizim Putinlə çox yaxşı münasibətlərimiz oldu. Ola bilsin də çox bərbad. Bəlkə də münasibətlər orta səviyyədə oldu". 
"Əgər biz Rusiya ilə razılaşsaq və birgə İŞİD-ə qalib gəlsək, onda mən hadisələrin bu cür inkişafına qarşı deyiləm", - deyə siyasətçi bildirib. 

Xəbər 268 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR