Tozsorandan yarım milyon avro çıxıb

Tozsorandan yarım milyon avro çıxıb
  • DÜNYA

Polşanın Kolobjet şəhərindəki zibilxananın işçiləri köhnə tozsoran və müsiqi səsgücləndiricilərində  ümumilikdə 500 min avroya yaxın pul aşkar ediblər.

Bu barədə Trend Polşanın "MetroCafe.pl" potalına istinadən xəbər verir.

Portal yazır ki, zibilin emalı zamanı əskinazlar nəqliyyat zolağının üstünə səpələnib. Zibil atanlar pulları yığaraq polisə təqdim ediblər.

Hüquq-mühafizə orqanları isə operativ şəkildə pulların sahibini müəyyənləşdirib. İtmiş əmanətin sahibi də həmin vaxt polisə müraciət edib. O, atılmış tozsoran və səsgücləndiricinin təsvirini və əşyaların tullanma tarixini müraciətində qeyd edib.  Polis isə itmiş əmanəti ona geri qaytarıb.

Xəbər 738 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR