Tovuzu dolu vurdu - FOTO

Tovuzu dolu vurdu   - FOTO

Tovuza yağan dolu bir sıra fəsadlar törədib

Düşmənin tez-tez atəşə tutub ziyan vurduğu Tovuzun Əlibəyli kəndi bu dəfə təbiətin şıltaqlığı ilə üz-üzə qalıb. Belə ki, kəndə güclü dolu yağıb. Dolunun öz növbəsini yağışa yox, günəşli havaya verməsi kəndliləri heyrətləndirib. 

Kəpəz TV (Region TV) xəbər verir ki, təbiət hadisəsi əsasən sakinlərin həyətyanı sahələrə əkdiyi kartof, pomidor, lobyanı məhv edib. Yeni əkilən qarğıdalı, xiyar, kələm sahələri də təbiət hadisəsinin qurbanı olub. Molla Ayrım, Əsrik Cırdaxan, Çatax kəndlərindəki əkin sahələri də doludan ziyan görüb. Dəmyə becərilən kartof sahələri məhv olub. Mayın son günlərində də Tovuzun 10-a yaxın dağ kəndində dolu, leysan, güclü külək bir sıra fəsadlar törətmişdi.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR