Tokio-2020: Azərbaycanın daha bir güləşçisi yarışı medalsız bitirdi

Tokio-2020: Azərbaycanın daha bir güləşçisi yarışı medalsız bitirdi
  • İDMAN

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 final mərhələsində məğlub edən kubalı Daniel Heçavarria növbəti raundda Məhəmməd Metvalli (Misir) ilə bacarmayıb.

Beləliklə, Abbasov təsəlliverici görüşə qatılmaq şansını da əldən verib və olimpiadada mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, daha əvvəl yarışa qoşulan qadın güləşçi Elis Manolova (68 kq) Tokio-2020-ni medalsız başa vurub. Digər yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR