Teymur Rəcəbov mübarizəni dayandırdı

Teymur Rəcəbov mübarizəni dayandırdı
  • İDMAN

Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Skillinq open" turnirindəki çıxışını başa vurub.

Aktual.az xəbər verir ki, 1/4 finalın ilk görüşündə ABŞ-dan olan rəqibi Uesli Sonu məğlub edən 33 yaşlı qrossmeyster ikinci gündə eyni uğuru təkrarlaya bilməyib.

Ümumi hesab bərabərləşdiyindən tərəflər tay-brek oynayıblar. Burada da heç-heçə qeydə alındığından qalibi müəyyənləşdirmək üçün armageddon oynanılıb. Burada rəqibinə uduzan Rəcəbov onlayn turnirlə vidalaşıb.(qafqazinfo.az)
Xəbər 295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR