Teymur Rəcəbov Millətlər Kubokunda çətinlik çəkdiyini etiraf etdi

Teymur Rəcəbov Millətlər Kubokunda çətinlik çəkdiyini etiraf etdi

"Gözəl oyunlar, çoxlu mübarizə oldu". 

Aktual.az  "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov Onlayn Millətlər Kubokunun 5-6-cı tur qarşılaşmaları barədə şəxsi "Twitter" hesabında yazıb. 
33 yaşlı qrossmeyster uzun fasilədən sonra yenidən təzyiqin olduğunu bildirib. Rəcəbov onlayn şahmata uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib: "Vaxt idarəetməsi pisdir. Klassik şahmat rejimində oynayırıq. Uyğunlaşmaq lazımdır. Bunun üçün praktika, praktika və praktika toplamalıyam. 2021-ci ilə doğru formama qayıdacağıma inanıram". 
Qeyd edək ki, Teymur Rəcəbovun yer aldığı dünya yığması V turda Avropa yığmasına (1.5:2.5), VI turda isə Çinə (0,5:3,5) uduzub. Azərbaycanlı şahmatçı hələ ki, onlayn yarışda qələbə qazana bilməyib.  
Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR