Texnoloji şirkətlər 370 min nəfəri ixtisara salacaq

Texnoloji şirkətlər 370 min nəfəri ixtisara salacaq
  • DÜNYA

"Challenger, Gray & Christmas" konsaltinq şirkəti 2016-cı ildə ABŞ-da texnologiya şirkətlərində ixtisara düşəcək işçilərlə bağlı proqnozunu yeniləyib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, bu ilin əvvəlində "Challenger, Gray & Christmas" bəyan edib ki, bu il ərzində 330 min nəfər ixtisara düşəcək.
 
Ancaq hazırda "Challenger, Gray & Christmas" öz qiymətləndirməsini 370 minədək artırıb.
 
Belə bir bəyanat "Cisco" şirkətində kütləvi ixtisarların başlaması fonunda verilib. Bu şirkət 5,5 min əməkdaşını birdən ixtisar etməyi planlaşdırır.
 
Maraqlıdır ki, digər analitiklər "Challenger, Gray & Christmas" konsaltinq şirkətinin qiymətləndirməsinə ciddi yanaşmır. Global Equities Research" şirkətinin analitiki Trip Çodri bildirib ki, yüksək texnologiyalar sənayesi ciddi dekonstruksiya dövrünü yaşayır, qarşıda daha ağır günlər var.
 
Ümumilikdə, analitiklər ümumi rəyi ondan ibarətdir ki, bu sənaye olduqca dəyişir. Bu, ilk növbədə yeni trendlərlə bağlıdır. Çünki hazırda bulud texnologiyaları və mobil əlavələr daha mühüm yer tutmağa başlayıb. Bununla əlaqədar, müxtəlif cihaz və prosessorlar istehsalı ilə məşğul olan şirkətlər zərbə altında qala bilər.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR