Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək - Foto + Video

Tərtərdə dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək   - Foto + Video

"Tərtər rayonunun cəbhəboyu yaşayış məntəqələrində dağılmış evlər dövlət vəsaiti hesabına bərpa ediləcək".

Aktual.az Report-a istinadən xəbər verir ki,Bunu Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı xatırladıb ki, son günlər ermənilər təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini mütəmadi olaraq atəşə tutur: "Ermənilərin atdığı "Qrad" mərmiləri fərdi yaşayış evlərinə ciddi ziyan vurub. Elə evlər var ki, tamamilə yarasız hala düşüb və həmin evlərdə yaşamaq təhlükəli olduğundan, ev sakinləri müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib. Rayon Fövqəladə Hallar Komissiyası (FHK) tərəfindən dağılmış və qismən ziyan dəymiş evlər qeydiyyata alınıb və həmin evlər dövlət vəsaiti hesabına bərpa ediləcək".

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR