Tərtərdə 34 yaşlı kişi minaya düşdü

Tərtərdə 34 yaşlı kişi minaya düşdü

Tərtərdə 34 yaşlı kişi minaya düşüb.
Bu barədə Aktual.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub:
"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".
Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən isə bildirilib ki, mina partlayışı rayonun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.
"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək" - məlumatda bildirilib.
Xəbər 651 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR