Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb

Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb
  • DÜNYA

2018-ci ildə Yəməndə 10 mətbuat işçisi qətlə yetirilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, onlar arasında müxbir və operatorlar da var. Yəmənin Jurnalistlər Birliyinin yaydığı hesabata görə, media mənsublarının 5-i koalisiya qüvvələri, 3-ü husilər, 2-i isə naməlum silahlı qüvvələrtərəfindən qətlə yetirilib.
Məlumata görə, ötən il jurnalistlərə, fotomüxbirlərə, onlarla qəzetə, sayta, redaksiyaya qarşı 226 qanun pozuntusuqeydə alınıb. Qanun pozuntularından 136-a husilər, 68-a iqtidara yaxın qüvvələr, 11-a koalisiya qüvvələri tərəfindən yol verilib. 
Daha əvvəl məlum olub ki, Yəməndə 2,2 milyon uşaq aclıqdan əziyyət çəkir.
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR