Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?

Ötən gün dünyasını dəyişən məşhur həkim kimin qızıdır?

Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailədən olduğu məlum olub.

Aktual.az axar.az-a istinadən xəbər verir ki, o, "Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.
1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.
2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq işləyib.

2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.
Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.
Allah rəhmət eləsin!
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR