Tələbələrin təqaüdləri niyə gecikdirilir? - Nazirlikdən açıqlama

Tələbələrin təqaüdləri niyə gecikdirilir?   - Nazirlikdən açıqlama

Azərbaycandakı ali təhsil ocaqlarında tələbə təqaüdləri gecikdirilir. Baxmayaraq ki, II semestrin birinci ayı başa çatıb, tələbələrsə təqaüdlərini ala bilməyiblər.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, tələbələr mart ayının ikinci ongünlüyünə qədər təqaüdlərini alacaqlar.

“Maliyyə hesablamaları aparılır. Bu isə bir az vaxt tələb edən məsələdir. Ona görə tələbə təqaüdlərinin verilməsində ləngimələr olub. Amma martın 18-ə qədər tələbələr öz təqaüdlərini ala biləcəklər”.

Xatırladaq ki, tələbə təqaüdləri yeni qaydalarla veriləcək. Artıq imtahan göstəriciləri yüksək olan həm ödənişsiz, həm də ödənişli təhsil alan tələblərə də təqaüd veriləcək.

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR