Təhlükəsizlik Şurasının katibi Qarabağda yaşayan ermənilərə çağırış edib

Təhlükəsizlik Şurasının katibi Qarabağda yaşayan ermənilərə çağırış edib

"Azərbaycanda keçirilən beynəlxalq tədbirlər həm də Ermənistan rəhbərlərinin "Dağlıq Qarabağ ermənilərinin Azərbaycanda yaşaması üçün tolerant mühitin olmaması" kimi əsassız iddialara ən tutarlı cavabdır. Hər bir münaqişənin sonu sülhlə yekunlaşır. Eləcə də Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsi də gec-tez nizamlanacaq".

Aktual.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovdeyib.
"Ötən əsrin 70-80-ci illərində necə ki Heydər Əliyev Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının mehribanlığına, həmrəyliyinə nail olmuşdusa, əminəm ki, Prezident İlham Əliyev də işğal olunmuş torpaqların azad edilməsini, oradakı hər iki xalqın təmsilçilərinin qüdrətli Azərbaycan bayrağı ətrafında birləşərək təhlükəsiz yaşamasını təmin edəcək. Çünki Prezidentimizin yürütdüyü siyasət nəticəsində artıq sadə erməni vətəndaşları, münaqişədən əvvəl Azərbaycanda yaşayan ermənilər anlayırlar ki, onların düşməni erməni şovinistləri, separatçılıq ideyalarıdır. Bu şovinizm dalğası erməni xalqını ötən əsrin 90-cı illərində susdurub, nəticədə də belə böyük faciələrə məruz qoyduğunu anlayırlar. Sadə ermənilər, o cümlədən Dağlıq Qarabağda yaşayan ermənilər bilirlər ki, onların təhlükəsizliyini, rifahını, gələcəyini təmin edəcək bir qüvvə var ki, o da Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycandır", - Təhlükəsizlik Şurasının katibi vurğulayıb. 
Xəbər 564 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR