Təhlükə Yaponiyaya yaxınlaşır

Təhlükə Yaponiyaya yaxınlaşır
  • DÜNYA

Cari mövsümdə sıra nömrəsi 16 olan güclü "Malakas" qasırğası cənub-qərbdən Yaponiyaya yaxınlaşır.

Aktual.az  report-a istinadən bildirir ki, qasırğa özü ilə fırtına və leysan yağışları gətirir.

Yaponiyanın Mərkəzi Meteorologiya Agentliyinin məlumatına görə, siklonun mərkəzində təzyiq 930 hektopaskala bərabərdir. Tayfun mərkəzində küləyin sürəti saniyədə 50 metrdir, arabir 70 metrə qədər yüksəlir.

Hazırda "Malakas" saatda 20 kilometr sürətlə şimal istiqamətində hərəkət edir. Meteoroloqlar siklonun çərşənbə axşamı, sentyabrın 20-də Yaponiyanın əsas adası Honsünün cənub-qərb bölgəsinə çatacağını proqnozlaşdırırlar.

Xəbər 435 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR