“Tax Free” restoran və hotellərdə də tətbiq ediləcək

“Tax Free” restoran və hotellərdə də tətbiq ediləcək

Azərbaycanda “Tax Free” sistemi restoranlar, hotellər, ekskursiyalar və digər xidmətlərdə də tətbiq ediləcək. 

Aktual.az  Fins.Az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm günü münasibətilə keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hazırda sistem aeroportda tətbiq olunur, lakin nazirlik onun tətbiq sahəsinin genişləndirilməsi üçün tədbirlər görəcək.

Nazir vurğulayıb ki, hazırda sistem yalnız ticarət obyektlərini əhatə edir. “Tax Free” sisteminin operatoru Vergilər Nazirliyi müəyyən edilib. Vergilər Nazirliyi malların satışının rəsmiləşdirilməsi və ƏDV-nin qaytarılması işlərini təşkil edir.

“Tax Free” sistemi alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına şamil edilir. Xərclərin məbləği 300 manatdan çox olmalıdır. Bura istehsal, yaxud kommersiya məqsədləri ilə bağlı xərclər daxil deyil.

14 yaşınadək şəxslərə münasibətdə tətbiq edilməyən bu sistem həmçinin aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, külçə şəklində qiymətli metallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara da şamil edilmir.

Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR