Tarixin ən yaxşı kompüter oyunu – “Tetris”

Tarixin ən yaxşı kompüter oyunu   – “Tetris”
  • DÜNYA

"Time" jurnalı bütün dövrlərin 50 ən yaxşı oyununu elan edib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, bu siyahıda ilk yeri unudulmaz "Tetris" oyunu tutub.
 
Bu oyun rusiyalı proqramçı Aleksey Pajitnov tərəfindən 1984-cü ildə yaradılıb. 1989-cu ildə "Nintendo" şirkəti oyunun bütün hüquqlarını alıb və bu oyunu "GameBoy" oyun cihazlarında istifadəyə verib. Bu da bu şirkət üçün olduqca böyük uğur olub.
 
Sonradan alimlər müəyyənləşdiriblər ki, bu oyun stressi azaldır və post-travmatik stress pozğunluğunun qarşısını alır. Oyunla bağlı maraqlı bir aforizm də var: "Tetris" onu öyrədir ki, səhvlər çox olduqca, nailiyyətlər daha da az olur.
 
İlk onluğa "Super Mario", "Doom", "Minecraft" və "World of Warcraft" kimi populyar oyunlar da daxil edilib. Hazırda dünyada ən populyar oyun olan "Dota 2" isə bu siyahıda 49-da yerdə qərarlaşıb.

Xəbər 650 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR