“TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib” – Rövnəq Abdullayev

“TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib” – Rövnəq Abdullayev

"2020-ci ilin əvvəlində Transadriatik qaz boru kəməri (TAP) TANAP-a birləşdiriləcək və ildə 10 milyard kubmetr həcmində Azərbaycan təbii qazının Avropa bazarına daşınması reallaşdırılacaq. Artıq TAP layihəsi üzrə mühəndis, təchizat və tikinti də daxil olmaqla ümumi iş həcminin 75 faizdən çoxu icra edilib”.


"Report” xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin "Xalq qəzeti” nəşrində dərc olunan məqaləsində bildirilir.

Onun sözlərinə görə, boru kəmərinin funksionallığını təmin etmək üçün ötən ilin birinci yarısında Yunanıstan (Kipoidə) və Albaniyada (Fierdə) 2 kompressor stansiyasının inşasına başlanılıb və işlər qrafik üzrə davam edir.

"Əminəm ki, TAP layihəsi də tezliklə tamamlanacaq və Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi "Cənub Qaz Dəhlizi” tam şəkildə icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına ən qısa və təhlükəsiz yolla çatdırılsın”, – deyə SOCAR prezidenti əlavə edib.

 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR