Taleh Məmmədov: "Erməni üzərində qələbəmi hərbçi qardaşıma həsr edirəm"

Taleh Məmmədov:

"Yarışa çox yaxşı hazırlaşmışdıq. Federasiyamız bunun üçün hər cür şərait yaratmışdı. Gündə 3 dəfə məşq edirdik. Çəkisalmada da problem olmamışdı".

Aktual.az xəbər verir ki, bu fikiləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında gümüş medal qazanmış Azərbaycanın yunan-Roma güəşçisi Taleh Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

63 kq çəki dərəcəsində mübarizə aparan idmançı Varşavada heç bir yarışda olmadığı qədər həvəsli və istəkli çıxış etdiyini bildirib: "Daha öncə Avropa üçüncüsü olmuşdum. Bu dəfə məqsədim çempionluq idi. Avropa çempionatında zəif rəqib olmur. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdır. Lakin xalçaya yalnız çempionluq üçün çıxmışdım".

Məmmədov döyüşlərindən danışarkən, 1/4 finalda Ermənistan təmsilçisi Qraçya Poqosyan üzərində qazandığı qələbəsinə diqqət çəkib: "İlk görüşdə bolqarıstanlı güləşçiyə iki gözəl fəndlə qalib gəldim. Daha sonra Ermənistan idmançısı ilə qarşılaşdım. O, yeniyetmələr arasında Avropa və dünya mükafatçısı olub. Buna baxmayaraq, biz ermənilərlə görüşə daha böyük motivasiya ilə çıxırıq. Çünki düşmən ölkənin təmsilçisi ilə qarşılaşırıq. İndiyədək erməni rəqiblərimə heç vaxt məğlub olmamışam. Görüş çox gərgin keçdi. Hesabda 0:2 geridə idim. Son bir dəqiqədə aktiv güləşib xallarımı alaraq qələbə qazandım. Bu qələbəmi hərbiçi olan qardaşıma həsr edirəm".

Məmmədov yarımfinalda Latviya güləşçisi Aleksandrs Yukyans üzərində rahat qələbə qazandığını söyləyib: "Bu idmançı daha öncə 67 kq-da çıxış edib. Bu dəfə çəkisini 63 kq-a salmışdı. 1/4 finalda Avropa mükafatçısı olmuş Macarıstan təmsilçisinə qalib gəlmişdi. Ən rahat qələbəmi yarımfinalda qazandım".

32 yaşlı pəhləvan finalda rusiyalı Campolat Lokyayevə uduzmasının səbəbini də açıqlayıb: "Bir az səbirsizliyə yol verərək, artıq hərəkət etdim. Rəqibim də fürsətdən istifadə edib xal aldı. Qazandığım gümüş medalı yenicə dünyaya gələn qızıma hədiyyə edirəm”.
Xəbər 33 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR