Taleh Kazımov: "Sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirmişik"

Taleh Kazımov:

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta şirkətlərinə SMS-lərlə bağlı iradımızı bildirib.
Aktual.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Sığorta şirkətlərinin belə bir hüququ yoxdur ki, əhaliyə SMS göndərsin və bildirsin ki, icbari sığortanız olmasa cərimələnəcəksiniz. Bu səlahiyyət müvafiq dövlət orqanlarına aiddir. Biz mütəmadi olaraq istehlakçılardan həmin narazılığı eşitmişik. Sığorta şirkətlərinə öz iradlarımızı bildirmişik ki, bu SMS və yaxud zənglər onların səlahiyyətində deyil", - deyə o qeyd edib.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR