Tailandda siqaretə qadağa

Tailandda siqaretə qadağa
  • DÜNYA

Qadağanı pozanlar cərimə ödəməli olacaqlar.

Tailandın altı əsas hava limanının sərnişin binalarında siqaret çəkmək qadağan edilib.
Bunlar paytaxt Banqkokun "Suvarnabhumi” və "Don Mıanq” hava limanları, populyar turizm bölgəsi olan Puketdəki aeroport, habelə Çianqmay, Hatyay and "Mefahlınq” hava limanlarıdır. Həmin hava limanlarının sərnişin binalarındakı siqaret çəkmək üçün otaqlar ləğv edilib. Siqaret çəkmək yalnız binaların bayırındakı xüsusi ayrılmış məntəqələrdə mümkün olacaq.
Bildirilir ki, qadağa 2017-ci ildə qəbul edilmiş tütün nəzarəti haqqında qanunun tələblərinə uyğun tətbiq edilir.
Qadağanı pozanlar 5 min Tailand bahtı (təxminən 160 ABŞ dolları) cərimə ödəməli olacaqlar.(AZƏRTAC)
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR