Şuşadan oğurlanan xalçalarımız indi bu şəxsdədir - Nazir müavinindən ona təklif

Şuşadan oğurlanan xalçalarımız indi bu şəxsdədir - Nazir müavinindən ona təklif

"Şuşa xalçalarının ekspozisiyası üçün ən məşhur muzeylər təklif olunur”. 

Qaynarinfo "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində respublikanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Ara Xzmalyan "Hayastan” blokundan deputat Elinar Vardanyanın sualını cavablandırarkən deyib.

O qeyd edib ki, xalça kolleksiyasının sahibi onları ən yaxşı muzeylərdə nümayiş etdirmək təklif edilib. Nazir müavini bunu belə əsaslandırıb ki, böyük muzeylərdə (ədəbiyyat və incəsənət, tarix, xalq sənəti və s.) ziyarətçilərin sayı adətən ayrı-ayrı olanlardan, tematik muzeylərdən xeyli yüksək olur.
"Əlbəttə ki, yeni muzey tikmək olar, lakin indi biz sadə səbəbdən mövcud muzeylərdə ekspozisiyaların nümayişinə doğru gedirik - onları orada daha çox adam görəcək", - Xzmalyan bildirib.

Onun sözlərinə görə, kolleksiyanın sahibi ilə müzakirələr gedir və onlarda artıq irəliləyiş var.

Xatırladaq ki, Qarabağ sakini Vardan Astsatryan Şuşada qədim xalça kolleksiyası toplayıb. 44 günlük müharibə zamanı xalçaların çoxu çıxarılıb.
Bundan sonra onlar Aleksandr Tamanyan adına Milli Muzey-Memarlıq İnstitutunda sərgiləniblər, lakin dekabrın sonunda Astsatryana bildiriblər ki, sərgi sonsuza qədər davam edə bilməz və xalçaları çıxarmaq lazımdır. Nazirlik Askatryana xalçaları Ermənistanın Tarix Muzeyinə, Sardarapatdakı memorial kompleksdəki Erməni Etnoqrafiya Muzeyinə və ya Ovannes Şarambeyan adına Xalq Sənəti Muzeyinə daşımağı təklif edib.

Lakin "Sputnik Ermənistan”a müsahibəsində Astsatryan bildirib ki, o, bu təklifləri qəbul etmir, çünki birinci muzey təmir olunur, qalan anbarlarda isə xalçalar üçün təhlükəli güvələrə rast gəlinir.
Xəbər 1002 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR