Sürüşmə zonasında proses davam edir - NAZİRLİK

Sürüşmə zonasında proses davam edir - NAZİRLİK

Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında xırda uçqun prosesləri davam edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən,ərazidə gərginlik qalmaqdadır. Sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir.

Sürüşmə sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

 
Aktual.az
Xəbər 194 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR