Sürücülərin nəzərinə - yeni cərimə və cəzalar qüvvəyə mindi - VİDEO

Sürücülərin nəzərinə - yeni cərimə və cəzalar qüvvəyə mindi   - VİDEO

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib

Sərnişinlərin haqlı narazılığına son qoyulacaq. İnzibati Xətalar Məcəlləsində ictimai nəqliyyatdan istifadə ilə bağlı qaydaların pozulmasına görə məsuliyyəti sərtləşdirən yeniliklər bu gündən qüvvəyə minib. Dəyişikliklər həm sərnişindaşıma ilə məşğul olanlarla şirkətlərini, həm də sürücülərinin məsuliyyətini artırır. Əvvəllər avtobusu müvafiq sənədi olmadan idarə edən sürücü 100 manat cərimə olunurdusa, bundan sonra birbaşa 15-gündən 1 ayadək müddətdə inzibati həbs olunacaq.

Avtobusu sərxoş idarə edənlər isə 2 il müddətində sürücülük hüququndan məhrum olunacaq, 15 gündən 1-ayadək müddətində inzibati həbs olunacaq. Əvvəllər bunun cəzası 300 manat cərimə və 6-aydan 1- ilədək sürücülük huququndan məhrumetmə idi.

Dəyşikliklərdə ən önəmli məsələlərdən biri ''D'' kateqoriyası olmayan sürücünün avtobus idarə etməsidir. Buna görə sürücü 200, Vəzifəli şəxslər 500, hüquqi şəxslər 3 min manat cərimə olunacaq. Əvvəllər bunun cəriməsi müvafiq olaraq 60, 200 və 2 min manat idi.

Ən sərt cəzalardan biri də avtobusu heç bir hüququ olmadan sərxoş vəziyyətdə idarə edib qəza törədən sürücülərlə bağlıdır. Həmin avtobusun sahibi 2500 manat cərimə edilməklə yanaşı, 1 aydan 2 ayadək inzibati həbs olunacaq. Şirkəti isə 15 min manat miqdarında cərimə ediləcək.

Cinayət məcəlləsinə daxil edilən 265-1-ci maddə də qüvvəyə minib. Əgər avtobusu idarə etmək hüququ olmayan sürücü qəzaya səbəb olub piyadanın ölümü ilə nəticələnən qəza törədibsə məsuliyyətinin dərəcəsi nəticədən aslı olacaq. Onu 3-6 min manat miqdarında cərimə habelə 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyəcək.

// Aktual.az

Xəbər 4285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR