Suriyada döyüşən qız: İŞİD terrorçularını öldürmək çox asandır – FOTO

Suriyada döyüşən qız: İŞİD terrorçularını öldürmək çox asandır – FOTO
  • DÜNYA

Danimarkadan olan tələbə Coanna Palani İraq və Suriyaya gedərək PKK-nın qolu olan YPG-yə qoşulub. Orada bir il döyüşdükdən sonra gənc qız ölkəsinə göndərilib. Danimarkada siyasət elmləri fakültəsində təhsil alan Palani Suriya və İraqda İŞİD-ə qarşı döyüşdükdən sonra ABŞ və İngiltərə mediasının diqqətini çəkib.

Aktual.az  1news-a istinadən xəbər verir ki, bu barədə "Vice News” məlumat yayıb.

Məlumata əsasən, 2014-cü ildə Kopenhagendən Şimali İraqa qaçan 23 yaşlı qız PKK-nın digər qolu PYD-yə qoşulub.

"Vice News”un müxbirinə yaşadıqları haqqında danışan Palani "İŞİD terrorçularını öldürmək çox asandır” deyə bildirib.

Hazırda ölkəsinə qaytarılan Palani Kopenhagendə siyasət elmləri və fəlsəfə üzrə təhsilini davam etdirir.

Qeyd edək ki, Palani İran kürdü Peşmərgənin qızı və nəvəsidir. O, Ramadidə qaçqın düşərgəsində 1993-cü ildə dünyaya gəlib. Gənc qızın ailəsi Körfəz müharibəsi zamanı ölkəsini tərk ediblər.






Xəbər 444 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR