Supermarketlərə vergi güzəştləri ediləcək?

Supermarketlərə vergi güzəştləri ediləcək?

"İqtisadiyyat Nazirliyi ölkədə fəaliyyət göstərən supermarketlərə vergi güzəştlərinin verilməsini imkanını öyrənir".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, ötən gün bəzi supermarket (Bizim Market, FRESCO, SEBET, Makromart, ARAZ, Neptun, Bolmart) sahibləri ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlayıblar.

Nazirlikdən bildirilib ki, onların müraciəti ilə əlaqədar bu gün səhər saatlarına iqtisadiyyat naziri Şahin Mustafayev həmin supermarket şəbəkələri nümayəndələrini qəbul edib, onların təkliflərini dinləyib və problemləri müzakirə edib: "Hazırda bu məsələ nəzərdən keçirilir".

Ölkənin iri supermarket şəbəkə rəhbərləri müraciətlərində qeyd edirlər ki, manatın üzən məzənnəyə keçməsindən sonra (21 dekabr 2015-ci il) məhsulların qiymətlərini yüksəltmədən əvvəlki əməkdaş ştatını və biznesin rentabelliyini saxlamaq mümkün deyil. Maliyyə problemləri əməkdaşların ixtisarına və marketlərin bağlanmasına səbəb olur.

Onların fikrincə, problemlərin həlli üçün pərakəndə ticarət sahəsində vergi yükünü azaltmaq və ya vergi güzəştləri tətbiq etmək məqsədə uyğun olardı.

Xəbər 483 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR