Sülhməramlıların Qarabağda qalma məsələsi... - Səfir

Sülhməramlıların Qarabağda qalma məsələsi... - Səfir

Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar.
Aktual.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov "İzvestiya” qəzetinə müsahibəsində deyib.
"Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, – o deyib.
Səfir sülhməramlıların Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladıb.
Diplomat qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib:
"Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni tikililəri mühafizə edir”.
Xəbər 121 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR