Stavropolda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Stavropolda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Fevralın 28-də Rusiyanın Stavropol diyarında 12-ci Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.
Aktual.az-ın yerli bürosunun məlumatına görə, tədbir Rusiya hökumətinin himayəsi altında "Minvodıekspo” çoxfunksiyalı sərgi mərkəzində baş tutacaq.
Proqram layihəsi dörd tematik dəyirmi masa və biznes sessiyanı nəzərdə tutur. Buraya "Sənaye sektorunda gələcəyin texnologiyaları”, "İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika layihələrinin rolu”, "Humanitar, mədəni qarşılıqlı əlaqə və turizm sahəsində əməkdaşlıq inteqrasiya proseslərinin hərəkətverici qüvvəsi kimi”, "Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”, "Rusiya və Azərbaycanda KOB-lar üçün ixrac imkanları” daxildir.

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR