SOCAR “Super” markalı benzinin satışına başlayıb

SOCAR “Super” markalı benzinin satışına başlayıb

Böyük müştəri kütləsinin "Super” (Ai-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq ötən gündən etibarən yalnız yeddi müxtəlif ünvanlarda fəaliyyət göstərən "SOCAR” brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.

Bu barədə "Report”a "SOCAR Petroleum” QSC-dən bildirilib.
Məlumat verilib ki, bu markalı yanacağın satışı SOCAR-ın aşağıdakı yanacaqdoldurma məntəqələrində həyata keçirilir:
1. Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçi dairəsinin yaxınlığı);
2. Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi);
3. Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi);
4. Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpia Stadionunun yaxınlığı);
5. Babək prospekti (şəhər mərkəzi istiqamətində);
6. Ziya Bünyadov prospekti;
7. Nobel prospekti.
Qeyd edək ki, Azərbaycanda "Super” yanacağının satışı yalnız "SOCAR” brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində həyata keçirilir. Xaricdən idxal olunan bu yanacağın qiyməti 1,50 manat/litr təşkil edir və "Euro-5" ekoloji standartının tələblərinə cavab verir.
 
Aktual.az
Xəbər 289 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR