SOCAR neft hasilatını 3,6%, qaz hasilatını 5,3% artırıb

SOCAR neft hasilatını 3,6%, qaz hasilatını 5,3% artırıb

Cari ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft hasilatı birinci rüblə müqayisədə 3,6% artaraq 1,9 mln. tona yüksəlib.

"Report” SOCAR-a istinadən xəbər verir ki, hesabat dövründə qaz hasilatı isə 5,29% artaraq 1,66 mlrd. kubmetrə çatıb.
İlin 6 ayı ərzində SOCAR üzrə 3,7 mln. ton neft, 3,2 mlrd. kubmetr qaz hasil olunub. Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kubmetr qaz hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2%, qaz hasilatında isə 3,1% artım təşkil edib."SOCAR üzrə hasilatın stabilləşməsi və artırılması strateji əhəmiyyətli yataqlarda həyata keçirilən kompleks tədbirlər planı ilə bağlıdır. Bu istiqamətdə qazma işlərinin artırılması da mühüm yer tutur”,- məlumatda qeyd edilib.
2018-ci ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% daha çoxdur. Qazma işlərinin 39 min metrdən çoxu 2018-ci ilin II rübünün payına düşür. 
 
Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR