Sınaq imtahanlarının vaxtı açıqlandı

Sınaq imtahanlarının vaxtı açıqlandı

Aprelin 24-də respublikanın 35 şəhər və rayonunda ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanları keçiriləcək.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Tovuz, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Xaçmaz və Şabran, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 67 binada təşkil olunacaq.

Bildirək ki, imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48504 abituriyent qeydiyyatdan keçib.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR