Şimşək və Qayənin qərarı lirəni xilas edəcəkmi?

Şimşək və Qayənin qərarı lirəni xilas edəcəkmi?

Türkiyə lirəsi son 1 ayda 20 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədi ilə Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi 6,5 faiz bəndi artırılaraq 8,5%-dən 15%-ə qaldırılsa da, hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir. Deməli, Ankara qısa deyil, daha çox orta və uzun müddətli dövrdə məzənnə stabilliyini hədəfləyir.
Aktual.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, iqtisadi amillər ilə yanaşı, siyasi faktorlar və eləcə də 50 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısamüddətli dövrdə stabilləşməsini əngəlləyir:
"Türkiyədə yeni Nazirlər Kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyinə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısamüddətlidən daha çox uzunmüddətli hədəflərə söykənilir.
Bütün bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq, Mərkəzi Bankın daha müstəqil qərarları, NK-nın yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır.
Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur. Enerjidən kənar ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə ünvanlanır. Bu baxımdan, strateji mütəffiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün həm də ixracatın həcmi baxımdan da vacibdir”.
Qeyd edək ki, yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək və MB sədri Hafizə Qayənin dünya səviyyəli iqtisadçılar olduğu bildirilir və onların ciddi uğurlara imza atacağı gözlənilir.
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR