Sevgilisini saçından sürüyüb ölümə apardı: ikisi də öldü

Sevgilisini saçından sürüyüb ölümə apardı: ikisi də öldü
  • DÜNYA

Türkiyədə bir cütlük arasında film kimi olay baş verib.

Milli.Az gazetevatan-a istinadən bildirir ki, Antalyanın Muratpaşa adlanan ərazisində 19 yaşlı Yavuzhan Gebeloğlu mübahisə etdiyi 20 yaşlı sevglisi Gizəm Şolpalını saçından sürüyərək zorla mindirdiyi avtomobili təxminən 50 metr yüksəklikdən dənizə sürüb. Dənizə çatmadan avtomobil qayalıqlara çırpılıb. Cütlük faciəvi şəkildə can verib.

Şahidlərin dediyinə görə, cütlük arasında yaranan mübahisə sonrası qız avtomobildən düşmək istəyərkən oğlan onun saçından tutaraq avtomobilə mindirib. Sonra bu xoşagəlməz olay meydana çıxıb.

Hadisə yerinə gələn xilasetmə dəstələri qızın cəsədini avtomobilin içindən çıxara bilsələr də, oğlanın cansız bədənin çıxartmaq mümkün olmayıb. Xilasedicilər avtomobili qaldırıcı kran vasitəsi ilə qayalıqdan çıxartdıqdan sonra Yavuzhanın cəsədi "xilas edilib".

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR