Gəncə şəhərində sevgilisini öldürən şəxs polisə təslim olub.
Aktual.az Daxili işlər Nazirliyinin saytına istinadən xəbər verir ki. avqustun 17-də Gəncə şəhərinin Cavadxan qəsəbəsində yaşayan Məhəbbət Vəliyevanın evinə gəlmiş Samux rayon sakini, qeyri-rəsmi nikah münasibətlərində olduğu Ruslan Qurbanov ailə-məişət münaqişəsi zəminində ona və bacısı Nailəyə bıçaqla xəsarət yetirmişdir. M.Vəliyeva hadisə yerində ölüb.
R.Qurbanov könüllü olaraq Nizami (Gəncə) RPİ-yə gələrək istintaqa təslim olmuşdur.
Faktla bağlı araşdırma aparılır.