Səudiyyə Ərəbistanı əcnəbilər üçün turist vizaları tətbiq etməyə başlayıb

Səudiyyə Ərəbistanı əcnəbilər üçün turist vizaları tətbiq etməyə başlayıb
  • DÜNYA

Səudiyyə Ərəbistanı ölkə tarixində ilk dəfə 49 ölkədən gələn əcnəbilər üçün turist vizaları tətbiq etməyə başlayıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, krallığa giriş üçün vizanı onlayn olaraq 80 ABŞ dollarına almaq olar, amma müsəlmanlar üçün müqəddəs torpaqlar olan Məkkə və Mədinəyə girişlər turistlər üçün məhdudlaşacaq.
Vətəndaşları turist vizası ala biləcək ölkələrin tam siyahısı daha sonra dərc ediləcək.
Krallıqda mövcud olan spirtli içki qadağası turistlərə də şamil ediləcək. Eyni zamanda, qadınlar üçün əbayə (adətən, qara rəngdə olan, uzunqol müsəlman paltarı) geyinmək məcburi olmayacaq, ictimai çimərliklərdə də daxil olmaqla, "normal paltar" geyinmək kifayət edəcək. Kişi qohumu ilə krallığa gəlməyən qadınlar da ölkəyə buraxılacaqlar.
Krallıqda turist vizaları verilməsinə başlamaq planları 2017-ci ilin sonunda açıqlanıb və bu prosesə 2018-ci ildə start vermək vəd edilib. Son vaxtlara qədər yalnız potensial işçilər və İslamın müqəddəs məkanlarını ziyarət edən müsəlmanlar, habelə krallığa işgüzar ezamiyyətə gələnlər ölkəyə daxil olmaq hüququ əldə edirdilər.
Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR