Səngəçaldakı PARTLAYIŞla bağlı "Azəriqaz"dan AÇIQLAMA

Səngəçaldakı PARTLAYIŞla bağlı

"Bakının Qaradağ rayonu ərazisində baş verən partlayışdan sonra mavi yanacağın verilişində məhdudiyyət yaranmayıb".

Aktual.az  xəbər verir ki, bu barədə azvision.az-a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib. Qurum rəsmisi bildirib ki, həmin ərazidə yaşayan sakinlərin qaz problemi yaşanmır.

Qeyd edək ki, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verib.
 
Aktual.az 
Xəbər 205 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR