“Sən ermənisən, amerikalısan, yoxsa fransız?!” – Deputatdan Əli Kərimliyə sərt sözlər...

“Sən ermənisən, amerikalısan, yoxsa fransız?!” – Deputatdan Əli Kərimliyə sərt sözlər...

"Əli Kərimli sözün gerçək anlamında anti-milli, xəbis və son dərəcə iryənc siyasətçidir. Bu adam müharibə dövründə erməninin qeydinə qaldı, onun dərdini çəkdi. Sonra dedi, kapitulyasiya-filan olmayıb, düşmən hələ uduzmayıb. Daha sonra Xankəndi haqda danışdı ki, ora alınmamış özümüzə qalib deyə bilmərik. İndi də görür danışmağa heç nə yoxdur, başlayıb özünü Amerikanın, Fransanın yandaşı, sirdaşı, vətəndaşı kimi aparmağa. Rəzalət bax budur! Siyasi binamusluq bax budur! Ləyaqətsizlik bax budur! Hərgah, AXCP sədrinə bir soran gərək: Sən nə zamansa azərbaycanlı ola biləcəksənmi? Sən nə zamansa Azərbaycanın uğurlarına sevinə biləcəksənmi? Sən nə zamansa milliləşib adam ola biləcəksənmi? Yoxsa heç şans yoxdur və bu mövzuya bir də qayıtmayaq?” 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev Əli Kərimlinin son günlər sosial şəbəkələrdə səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.


"Adamın bir azca abırı, həyası, qeyrəti olar. Bu ölkə axı sənin də balalarının yaşadığı məmləkətdir. Amma yox, pardon, birdən xatırladım, sən axı övladlarını belə buralardan çoxdan qaçırmısan, erməni təmayülünə, erməni fəlsəfəsinə yönəltmisən, erməniləşdirmisən.


Nə vətəndaş kimi bir faydan var, nə siyasətçi kimi, nə valideyn kimi, nə də insan kimi! Nədir sənin "travman”? Niyə  öz dövlətinə, öz xalqına bu qədər nifrət edirsən? Niyə bu qədər qansızsan, təkəbbürlüsən, qolçomaq ruhlusan, anti-millisən, ermənidən betər ermənisən?


Amerika sənin nəyindi? Qohumundu? Yaxınındı? Əzizindi? Görmürsənmi, onun Senatı nə oyunlar çıxarır? Görmürsənmi, Fransa hansı riyakarlığı edir? Görmürsənmi, dünya labirintində hansı proseslər gedir, nələr baş verir?


Kim qucağını açsa üstünə yıxılırsan. Əvvəl rəfiqən Sevinc Osmanqızı yıxılır, ardınca sən. Dalınca da "başı papaqlı” Cəmil. Çünki qucaq sevginiz var sizin. Kimlərdənsə siyasi mədəd dilənməyə adətkarsız. Satmağa, şərəfsizlik eləməyə, onun-bunun ağzı ilə danışmağa, hər mundarlığa imza atmağa bir cansınız!


Sadəcə bir qərar ver artıq. Sən ermənisən, amerikalısan, yoxsa fransız? Azərbaycanlı olmadığın zatən qırımından və xislətindən bəllidir, ona görə bunu heç soruşmuram.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər 925 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR