ŞƏHİD övladını BAĞRINA BASAN general –VİDEO

ŞƏHİD övladını BAĞRINA BASAN general –VİDEO

ŞƏHİD övladını BAĞRINA BASAN general – "Aprel müharibəsi”nin ƏFSANƏSİ


 

"Aprel müharibəsi” Azərbaycanın tarixinə zəfər günü olaraq düşdü. Ordumuz təkcə düşmən tapdağında olan ərazilərin 2 min hektarını azad etmədi, həm də erməni ordusunun yaratdığı mifi darmadağın etdi. Sübut etdi ki, qısa müddətli əməliyyatla düşməni torpaqlarımızdan asanlıqla təmizləyə bilər. Sadəcə olaraq siyasi şərtlər, böyük güclərin oyunu və diplomatik şərait hələlik buna imkan vermir.

 

Ali Baş Komandan İlham Əliyevin təbirincə desək, tarix kitablarına salınmalı olan "aprel müharibəsi”ndə igid əsgərlərimiz qələbə gücünü həm düşmənə, həm də bütün dünyaya göstərdi.

 

Bu qələbədə xüsusi payı olan zabitlərimizdən biri də kəşfiyyatçı general-mayor Mais Barxudarovdur. Ona general-mayor rütbəsi də məhz aprel döyüşlərindən sonra Ali Baş komandan İlham Əliyev tərəfindən verildi.

Miq.Az qəhrəman kəşfiyyatçımız haqda maraqlı faktları təqdim edir:

General arzusu

Ehtiyatda olan zabit Əlisafa Mehdiyev danışır ki, Mais Barxudarovu 1995-ci ildə xüsusi təyinatlı hərbi hissədə tanıyıb:

"Onda baş leytenant idi. Həssas, məsuliyyətli, səmimi, sadə, təmkinli, yaşına üçün yetərincə savadlı idi. Ona dedim ki, Mais, sən deyəsən, bacarıqlarına görə general olacaqsan. Ciddi şəkildə cavab verdi ki, "burada yox, Qubadlını alanda general olmaq istəyirəm. Atamın evinə qalib general kimi getmək istəyirəm”.

Qubadlı hələ işğal altındadır, lakin Mais Barxudarov inşallah bir gün atasının evinə qalib general kimi gedəcək. Ali Baş Komandan ona general-mayor rütbəsi verərkən, həm də onun arzusunun kiçik bir hissəsini həyata keçirtdi.

Əsgərinin önündə gedən general

Mais Barxudarov Azərbaycanın döyüş generalıdır. O, bu rütbəyə məhz döyüşdə göstərdiyi qəhrəmanlığa görə layiq görüldü. Aprel döyüşlərində Lələ Təpənin işğaldan azad edilməsi əməliyyatına rəhbərlik edənlərdən biri də o idi. Və o, nə arxadan döyüş əməliyyatını idarə etdi, nə də əmr verdi. Korpus komandiri olmasına baxmayaraq, əsgərlərinin önündə düşmənin üzərinə yeridi. Və Azərbaycan Ordusu Lələ Təpəni düşməndən azad edərək, o yüksəkliyə üçrəngli bayrağımızı sancdılar.

Kursant vaxtı könüllü cəbhədə getmək istəyi

Hazırda işğal altında olan Qubadlı rayonunda dünyaya göz açan Mais Barxudarov Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb.

1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant yoldaşı cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq, könüllü ön xəttə getmək qərarına gəlirlər. Lakin həmin dövrdə Hərbi Liseyin rəhbəri olan general Valeh Bərşadlı bunun qarşısını alır və onlara təhsillərini davam etdirməyin zəruriliyini, peşəkar hərbçi kimi yetişməyin dövlətimizə daha vacib olduğunu izah edir.

Ona bağışlanan evi şəhid ailəsinə verdi

Təhsilini başa vurandan sonra o, əsil peşəkar hərbiçi kimi yetişir. Xidmətlərinə görə, ümummilli lider Heydər Əliyev tərəfindən "Azərbaycan bayrağı” ordeninə layiq görülür. Bu ordeni Ümumili Lider şəxsən özü Mais Barxudarova təqdim edir və qeyd edir ki, "sənə üç otaqlı ev də hədiyyə edirəm”.

Onun evi yox idi və bu, şərəfli zabitin həyat səviyyəsinin yaxşılaşması üçün dövlət tərəfindən göstərilən ən böyük qayğılardan biri idi. Lakin Mais Barxudarovun Heydər Əliyevə dediyi sözləri tarix heç zaman unutmayacaq:"Cənab Prezident, cənab Ali Baş Komandan! Sizin bizə verdiyiniz istənilən ad, titul və hədiyyələr müqəddəsdir, şərəflidir. Lakin mənə bağışladığınız o evi tabeçiliyimdə olan və döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçunun ailəsinə bağışlamağınızı xahiş edirəm. Mən birtəhər evsiz yaşayaram. Amma onların evi yoxdur…”.

Şəhid övladını bağrına basan general

Mais Barxudarov aprel döyüşlərində şəhid olan Orxan Həmidovun yas Mərasimindəki çıxışının əks olunduğu video yayılıb.

General-mayor çıxışında şəhidimizin iki övladını bağrına basaraq, onlara deyir: "Siz böyüyəndə inşallah Qarabağa gəzməyə gedəcəyik və o zaman siz deyəcəksiniz ki, "bu torpaqların azad olunmasında bizim atamızın da böyük rolu olub”.

Öz əsgərini, döyüş yoldaşını, silahdaşını, şəhidini son mənzilə qədər yola salan general. Və bizlər bu gün Ordumuza, Ordumuzun bu cür generallarına, əsgərlərinə borcluyuq.

 

 
Aktual.az
Xəbər 4229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR