Şəhid hərbi qulluqçumuz dəfn edildi

Şəhid hərbi qulluqçumuz dəfn edildi

Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan əsgəri bu gün Gəncədə dəfn edilib.

APA-nın məlumatına görə, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olan, 1998-ci il təvəllüdü Məmmədov Vüsal Elşən oğlunun nəşi yaşadığı evə gətirilib. Şəhidlə evdə vida mərasimi keçirilib. Daha sonra V. Məmmədov Gəncə Şəhidlər Xiyabanına torpağa tapşırılıb.

Dəfn mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. 
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR