Seçicilərdən millət vəkilinə: "Sən həmişə..."

Seçicilərdən millət vəkilinə:

Bozalqanlı sakinləri millət vəkili Qənirə Paşayevaya sən hər zaman bizim səsimiz oldun, ona görə də yanındayıq deyiblər.

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Bozlqanlı kəndinin sakinləri ilə görüşüb. Çoxlu sayda kənd sakininin qatıldığı görüşdə millət vəkili ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək, ölkəmizin, Qarabağ həqiqətlərinin dünyada daha da geniş tanıdılması istiqamətində var qüvvəsi ilə çalışıb. 

Ölkəmizin inkişafı istiqamətində cənab Prezidentin rəhbərliyi altında görülən işlərdən danışan millət vəkili Q.Paşayeva deyib ki, yerlərdə müxtəlif qurum və nazirliklərin nümayəndələri, idarələri insanlarımızın üzləşdiyi məsələlərin həllində daha da fəal olmalıdırlar: "Cənab Prezidentin də vurğuladığı kimi biz hamımız millət vəkilləri, nazirliklər, onların bölgələrdəki təmsilçiləri, yerli icra və bələdiyyə qurumları xalqımıza daha da yaxşı xidmət etmək üçün çalışmalıyıq, onların məsələlərinə həssaslıqla, diqqətlə yanaşmalıyıq, laqeyidlik, biganəlik olmamalıdır. İnsanlarımızla birlikdə inkişaf edən dövlətimizi daha da inkişaf etdirməliyik, onu hər zaman yüksək səviyyədə qorumalıyıq. Bölgədə baş verən prosessləri hamımız görürük və hamımız çalışmalıyıq ki, bu proseslərdən dövlətimizə heç bir zərər dəyməsin. Çünki dövlətimizə dəyən hər hansı bir zərər bizim hamımıza dəyən zərərdir".  Bu 10 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışıdım deyən Qənirə Paşayeva son 10 il ərzində Tovuzluları narahat edən bir çox problemlərin, o cümlədən Bozalqanlı kəndini narahat edən problemlərin xeyli hissəsinin də öz həllini tapdığını deyib. Bozalqanlının Tovuzun ən böyük kəndlərindən biri olduğunu vurğulayan Qənirə Paşayeva bildirib ki, 10 illik fəaliyyəti dövründə Bozalqanlı kənd sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri ilə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib, kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. Qənirə Paşayeva Bozalqanlı kəndinin və ümumiyyətlə Tovuz rayonun ziyalı rayonu olduğunu vurğulayaraq bildirib ki, rayonun tanınmış şairlərinin, ustad aşıqlarının, el şairlərinin 20-dən çox kitabının yüksək səviyyədə nəşr olunması, təqdimat mərasimlərinin, yubiley və gecələrin keçirilməsinə dəstək göstərilib ki, burada da məqsəd həmin ustadları, həmin şəxsiyyətləri gənc nəsillərimizə, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza daha yaxından tanıtmaq olub. Qənirə Paşayeva 10 illik millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrunun rəhbəri kimi də fəaliyyətində də dövlətimizin maraqları naminə var gücü ilə çalışdığını deyib. Görüşdə çıxış edən kənd sakinləri, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 10 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona yenidən etimad və dəstək göstərəcəklərini, ona səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində də onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərlə yanaşı seçki platformasından da danışıb, sualları cavablandırıb. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin Bozalqanlıda  fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb.  Seçicilər millət vəkili ilə görüşdə kənddə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb. Sakinlər özəlliklə iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu xüsusi vurğulayıblar. Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək də dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını, müvafiq qurumlarla danışacağını deyib.

Xəbər 622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR