Saxta turpaketlər satmaqda təqsirləndirilən qadına cəza verildi

Saxta turpaketlər satmaqda təqsirləndirilən qadına cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.

İttihama görə, Günel Şıxıyeva 8 nəfərdən Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.
Aldığı pulun qarşılığında müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri hava limanında ifşa olunub. Biletin saxta olduğu üzə çıxıb.
 
Aktual.az
Xəbər 247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR