Şamaxı Rəsədxanasından XƏBƏRDARLIQ

Şamaxı Rəsədxanasından XƏBƏRDARLIQ

Bu gün Yer kürəsində geomaqnit həyəcanlaşması olacaq.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

E.Babayev bildirib ki, buna səbəb kimi Yerin heliosfer cərəyan təbəqəsindən keçməsidir.

O, həmçinin xarici mətbuatda noyabrın əvvəlində Yer kürəsində maqnit qasırğalarının olması iddialarına da münasibət bildirib. Direktor müavini əlavə edib ki, bu cür mötəbər olmayan proqnozlara inanmaq məsləhət deyil: "Çünki ən azı 3-4 gün qabaq verilən proqnoz nisbətən etibarlı olur. Ancaq bizdə olan məlumata görə, noyabrın 2-si və 5-i arası geomaqnit qasırğası gözlənilir. Səbəb Günəşdən gözlənilən yüksək sürətli plazma küləyidir".

Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR