Sabirabadda məscid yanıb

Sabirabadda məscid yanıb

Bu gün Sabirabad rayonu, Qaratuğay kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli qamış örtükdən ibarət kənd məscidinin yanar konstruksiyaları və içərisindəki əşyalar 80 kv.m sahədə yanıb.

Aktual.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, məscidin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR