Sabirabadda 6 tarla işçisinin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Sabirabadda 6 tarla işçisinin ölümünə səbəb olan sürücüyə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində 6 nəfərin ölümünə səbəb olan sürücü – Xalid İmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report”un xəbərinə görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Şirvan Apellyasiya Məhkəməsində araşdırılır.
Qeyd edək ki, hadisə Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində baş verib. Rayonun Şəhriyar kənd sakini, İmanov Xalid Əjdər oğlu idarə etdiyi traktorla tarlaya işçiləri aparan zaman traktor idarəetmədən çıxaraq su kanalına düşüb.
Nəticədə qoşquda əyləşən 7 qadın sərnişindən 6-ı ölüb. Daha iki nəfər isə ağır halda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
Dünyasını dəyişən şəxslər – 1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı, 1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı, 1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır.
Hadisə nəticəsində ölən şəxslər arasında ana və 18 yaşlı əkiz qızları da olub.
 
Aktual.az
Xəbər 191 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR