Sabirabadda 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə atıb

Sabirabadda 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə atıb

Sabirabadda qətl hadisəsi baş verib.
Aktual.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma gedir.


Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR