Sabah möhtəşəm kosmik hadisə baş verəcək

Sabah möhtəşəm kosmik hadisə baş verəcək

Yanvarın 27-də planetlərin mini paradı olacaq.
Aktual.az xəbər verir ki, Merkuri, Venera və Mars eyni istiqamətdə düzüləcək. Cəmi üç planet sıralandığına görə kosmik hadisə "mini düzülüş” adlanır.
Astrofiziklər bildiriblər ki, "parad”ı Oxatan bürcündə görmək mümkün olacaq.
Qeyd edək ki, ən yaxın "böyük düzülüş” (5 planet) cari ilin aprelin 20-də olacaq.
"Tam düzülüş” isə bu il gözlənilmir. Yeddi planetin iştirakı ilə olacaq "parad” 2025-ci il fevralın 28-nə proqnozlaşdırılıb.
Əlavə edək ki, planetlərin paradı - Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisədir.
Xəbər 252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR