Rza Zərrabın cinayət işində YENİ FAKTLAR

Rza Zərrabın cinayət işində   YENİ FAKTLAR

ABŞ-da həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın cinayət işi ilə bağlı yeni faktlar üzə çıxıb.

Aktual.az  azvision.az-a istinadən bildirir ki, Nyu-Yorkda həbsdə olunan iş adamı Rza Zərrab haqqında irəli sürülən 4 ittiham aktına xitam verilməsi və şəxsi mobil telefonundan dəlil kimi istifadə olunmamasına dair məhkəməyə müraciət edib. 

Hazırda işi araşdıran prokuror Prit Bhararın ərizəyə cavab verməsi gözələnilir.

Sənəddə qeyd olunub ki, R.Zərrabın barəsində nəzərdə tutulan 75 illik həbs cəzası aşağı endirilməlidir. İş adamının vəkilləri buna səbəb kimi Zərrabın ABŞ vətəndaşı olmadığını qeyd ediblər.

Həmçinin bizesmenin ərizəsində vurğulanıb ki, onun hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən mobil telefonu qısa müddət ərzində geri qaytarılmalıdır. Mobil telefonun məhkəmə üçün əsas dəlil sayılmadığı iddia edilib.

Z. Zərrab ərizəsində yazıb ki, mobil telefonun təhlükəsizlik şifrəsi qanunsuz yolla sındırılıb. Bundan əlavə Zərrabın iranlı həmkarı Babək Zəncani ilə əlaqlərinin araşdırıldığı bildirilir.

Xəbər 578 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR