Rza Zərrabın azadlığa çıxması üçün şans

Rza Zərrabın azadlığa çıxması üçün şans
  • DÜNYA

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab 11 vəkilin imzası ilə ittihamların düşürülməsi tələbini irəli sürüb.

Aktual.az  axşam.az-a istinadən xəbər verir ki, tələb sənədində "Zərrabın ABŞ vətəndaşı olmaması, ABŞ-da birbaşa şəkildə iş görməməsi" səbəbi ilə onun ABŞ qanunlarını pozmaqda ittiham edilməsinin düzgün olmadığı qeyd edilib.

Hakim Bharara Zərrabı ABŞ-ın təhlükəsizliyini pozmaqda günahlandırsa da, vəkillər ortada "Beynəlxalq təhlükə"yə aid bir şeyin olmadığını sübut ediblər.

Zərrabın vəkilləri müvəkillərinin Mayami hava limanında həbs olunarkən mobil telefonunu gömrük işçisinə verdiyini, həmin işçinin bunu FBI ilə paylaşdığını vurğulayaraq bəzi məlumatların "qanundan kənar əldə edildiyi"ni irəli sürüblər.

R.Zərrabın vəkillərinin bu iddialarına sentyabrın 6-da baş tutacaq məhkəmədə cavab veriləcək. Müğənni Ebru Gündeşin həyat yoldaşı olan Rza həmin məhkəmədən sonra sərbəst buraxıla bilər. Əks təqdirdə isə məhkəmə 2017-ci ilin yanvarında davam etdiriləcək.

Xəbər 489 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR