Azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin güllələnməsiylə bağlı yeni məlumat yayılıb.
Aktual.az xəbər verir ki, Şişli Hamidiyə Etfal Tədris və Araşdırma Xəstəxanasından sputnik-ə verilən məlumata görə, R. Lənkəranski həyatını itirməyib: “Xəstə hazırda reanimasiyadadır. Ona lazımi tibbi xidmət göstərilir. Həyatını itirdiyi barədə məlumatlar yalandır. Bu dəqiqələrdə yaxınları xəstəxanadadır”.
Qeyd edək ki, Lənkəranskinin qohumu olan millət vəkili Fəzail Ağamalı onun ölümüylə bağlı yayılan məlumatları təsdiqləyib.
Onu da əlavə edək ki, R. Lənkəranskinin nəşinin artıq Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi ilə bağlı da məlumatlar yayılıb. Bildirilir ki, bunun üçün özəl təyyarə sifariş edilib.
Aktual.az