Rövnəq Abdullayev: "Layihələrimiz Azərbaycana on milyardlarla gəlir gətirəcək"

Rövnəq Abdullayev:

"Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il bundan əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır".
 
"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
 
"Düzgün investisiya strategiyasının nəticəsidir ki, aktivlərimizin dəyəri, şirkətin dövriyyə kapitalı artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının
daha da yaxşılaşmasına xidmət edəcək", - deyə o vurğulayıb.
 
Aktual.az
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR