Rüstəm Nəcəfov: "Bu il "Şahdağ" Turizm Mərkəzini 60 min turist ziyarət edib"

Rüstəm Nəcəfov:

Ötən il "Şahdağ" Turizm Mərkəzinə 109 mindən çox ziyarətçi səfər edib.
Aktual.az  xəbər verir ki, bunu jurnalistlərə Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rüstəm Nəcəfov deyib.
O bildirib ki, bu dövrdə turizm mərkəzinin ərazisindəki otellərə 60 mindən çox insan yerləşdirilib.
"Bu ilin ötən dövrü ərzində "Şahdağ" Turizm Mərkəzini 60 min turist ziyarət edib. Otellərdə isə 26 mindən çox insan qonaqlayıb", - R. Nəcəfov qeyd edib.
Onun sözlərinə görə, 8-9 iyul tarixlərində turizm mərkəzinin ərazisində uşaqlar və həvəskarlar üçün qaçış yarışması təşkil ediləcək: "Bu tədbir beynəlxalq qaçış festivalıdır. Burada xarici turistlərin fəal iştirakını gözləyirik".
Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR